Bazar ertəsi, 13 May

"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

image

"Taliban" Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.

Xəbər verilir ki, bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44